Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və... | Icma.az
Icma.az, Ses qazeti saytına istinadən bildirir. Dekabrın 9-da Marneulidəki "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Dia
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev şərəfli ömür yolunun böyük bir hissəsini Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstanda yaşayan azərbaycanlılara diqqət və qayğı göstərib.
M.İmanov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasətin əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla daim yad edirlər.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında qeyd edib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub.
Tam oxu
Xəbəri oxu