Icma.az
close
up
RU
Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və...

Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Dekabrın 9-da Marneulidəki "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və AZƏRTAC-ın informasiya dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar "Dahiliyin Heydər Əliyev Zirvəsi" adlı fotosərgi və anım tədbiri keçirilib.

SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev şərəfli ömür yolunun böyük bir hissəsini Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstanda yaşayan azərbaycanlılara diqqət və qayğı göstərib. M.İmanov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasətin əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla daim yad edirlər.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında qeyd edib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün bu dostluq və qardaşlıq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan indiki hökumət rəhbərliyi tərəfindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkənin dostluğu Cənubi Qafqazda bir çox ölkələr üçün örnəkdir.

Türkiyənin "Maarif" Məktəblərinin Gürcüstan Nümayəndəliyinin baş direktoru Faruk Tekşen çıxışında bildirib ki, qardaş Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluğun və qardaşlığın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub. O qeyd edib ki, türk xalqı Heydər Əliyevin "bir millət iki dövlət" müdrik kəlamı ilə yaşayır. Faruk Tekşen Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyəti kimi hər zaman böyük hörmətlə xatırlandığını deyib.

Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynov, Dmanisi rayonunun aşağı Orzuman kəndinin məktəb direktoru İslam Məmmədov, ziyalı Səyyad Xəlilov və başqaları çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində Qarabağ işğalçılardan azad edilib və bu gün dünyada yaşayan azərbaycanlılar müstəqil, suveren və bütöv Azərbaycanla qürur duyurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri