Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib AZƏR…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 9 dekabr, AZƏRTAC Dekabrın 9-da Marneulidəki “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və AZƏRTAC-ın informasiya dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev şərəfli ömür yolunun böyük bir hissəsini Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstanda yaşayan azərbaycanlılara diqqət və qayğı göstərib.
M.İmanov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasətin əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla daim yad edirlər.Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında qeyd edib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub.
Bu gün bu dostluq və qardaşlıq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan indiki hökumət rəhbərliyi tərəfindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu gün iki ölkənin dostluğu Cənubi Qafqazda bir çox ölkələr üçün örnəkdir.Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan Nümayəndəliyinin baş direktoru Faruk Tekşen çıxışında bildirib ki, qardaş Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluğun və qardaşlığın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub.
O qeyd edib ki, türk xalqı Heydər Əliyevin “bir millət iki dövlət” müdrik kəlamı ilə yaşayır.
Tam oxu
Xəbəri oxu