Icma.az
close
up
RU

Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Marneulidəki “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və AZƏRTAC-ın informasiya dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev şərəfli ömür yolunun böyük bir hissəsini Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstanda yaşayan azərbaycanlılara diqqət və qayğı göstərib. M.İmanov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasətin əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla daim yad edirlər.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında qeyd edib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün bu dostluq və qardaşlıq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan indiki hökumət rəhbərliyi tərəfindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkənin dostluğu Cənubi Qafqazda bir çox ölkələr üçün örnəkdir.

Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan Nümayəndəliyinin baş direktoru Faruk Tekşen çıxışında bildirib ki, qardaş Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluğun və qardaşlığın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub. O qeyd edib ki, türk xalqı Heydər Əliyevin “bir millət iki dövlət” müdrik kəlamı ilə yaşayır. Faruk Tekşen Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyəti kimi hər zaman böyük hörmətlə xatırlandığını deyib.

Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynov, Dmanisi rayonunun aşağı Orzuman kəndinin məktəb direktoru İslam Məmmədov, ziyalı Səyyad Xəlilov və başqaları çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində Qarabağ işğalçılardan azad edilib və bu gün dünyada yaşayan azərbaycanlılar müstəqil, suveren və bütöv Azərbaycanla qürur duyurlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see178

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see108

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Bu halda Azərbaycan özünü tamamilə ətlə təmin edə biləcək AÇIQLAMA

17 İyul 2025 18:31see107

İsti günlərdə hansı tövsiyələrə əməl edilməlidir?

17 İyul 2025 23:26see107

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see107

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri