Martda buraxılış imtahanı verən abituriyent niyə məktəbə getməlidir?! | Icma.az
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə ildir ali məktəblərə qəbul iki mərhələdə, buraxılış və ixtisaslar üzrə qrup fənlərindən təşkil edilən imtahan vasitəsilə aparılır.Buraxılış imtahanları dərs ili bitməmiş, yəni mart və aprel ayında keçirilir.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2025-ci ildə də buraxılış imtahanları mart və aprel ayında keçiriləcək.
Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
Martda buraxılış imtahanı verən abituriyent niyə məktəbə getməlidir?Abituriyentlərin dərs ili bitməmiş buraxılış imtahanını verməsi isə birmənalı qarşılanmır.
Bəziləri hesab edir ki, artıq imtahandan sonra şagirdin dərs ilinin sonunadək məktəbə getməsinə lüzum qalmır.Əslində imtahanların tez keçirilməsi tədrisə necə təsir edir?Mövzuyla bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, cavabların daha tez emal olunması baxımından imtahanların tez keçirilməsi məqsədəuyğundur:“2019-cu ildən etibarən imtahanlar yeni imtahan modelində, kurikulum əsasında keçirilir.
Həmin imtahanlarda açıq tipli suallar var və həmin sualların yoxlanılması da zaman tələb edir. Bu təcrübə təkcə bizdə tətbiq olunmayıb.
Dünyanın əksər inkişaf etmiş ölkələrində imtahanların hətta oktyabr, noyabr ayında keçirilməsi təcrübəsi var.Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı məlumatı yeni tədris ilinin başlanğıcında elan edir.
Tam oxu
Xəbəri oxu