Icma.az
close
up
RU
Martda buraxılış imtahanı verən abituriyent niyə məktəbə getməlidir?!

Martda buraxılış imtahanı verən abituriyent niyə məktəbə getməlidir?!

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə ildir ali məktəblərə qəbul iki mərhələdə, buraxılış və ixtisaslar üzrə qrup fənlərindən təşkil edilən imtahan vasitəsilə aparılır.
Buraxılış imtahanları dərs ili bitməmiş, yəni mart və aprel ayında keçirilir. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2025-ci ildə də buraxılış imtahanları mart və aprel ayında keçiriləcək. Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. 
Martda buraxılış imtahanı verən abituriyent niyə məktəbə getməlidir?
Abituriyentlərin dərs ili bitməmiş buraxılış imtahanını verməsi isə birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, artıq imtahandan sonra şagirdin dərs ilinin sonunadək məktəbə getməsinə lüzum qalmır.
Əslində imtahanların tez keçirilməsi tədrisə necə təsir edir?
Mövzuyla bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, cavabların daha tez emal olunması baxımından imtahanların tez keçirilməsi məqsədəuyğundur:
“2019-cu ildən etibarən imtahanlar yeni imtahan modelində, kurikulum əsasında keçirilir.  Həmin imtahanlarda açıq tipli suallar var və həmin sualların yoxlanılması da zaman tələb edir. Bu təcrübə təkcə bizdə tətbiq olunmayıb. Dünyanın əksər inkişaf etmiş ölkələrində imtahanların hətta oktyabr, noyabr ayında keçirilməsi təcrübəsi var.
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı məlumatı yeni tədris ilinin başlanğıcında elan edir. Abituriyentlər həmin proqrama uyğun həmin mövzular əsasında hazırlaşırlar. Burda da keçirilməyən mövzu olursa oradan suallar salınmır”.
Ali məktəbə qəbul olmaq üçün 3 fəndən imtahan vermək kifayətdir
Ekspert hesab edir ki, imtahanın tez təşkili abituriyentlərin digər imtahana çox vaxt ayırmasına müsbət təsir edir:
“Buraxılış imtahanında abituriyentlər artıq ixtisas qrupu ilə bağlı 3 fəndən imtahan verib, növbəti blok imtahanına, qəbulun ikinci mərhələsinə hazırlaşırlar. Yəni artıq digər 3 fənnə köklənirlər. Bilirsiniz ki, imtahan nəticələrinin açıqlanması 3-4 həftə vaxt aparır. Demək olar ki, bir ay ərzində elan olunur. Belə olmamaq üçün fənlərin sayı minimallaşdırılsa yaxşı olar. Yəni 6-7 yox, konkret olaraq 3 fəndən imtahan verib, onun əsasında nəticələr müəyyənləşsin. İmtahan nəticələrinin emalı da bir həftə, maksimum 10 gün çəkə bilər”.
O, şagirdlərin dərsdən yayınma məsələsinə isə belə münasibət bildirib:
“Bu məsələdədə DİM deyil, Elm və Təhsil Nazirliyi daha çox qınanmalıdır. Çünki mövcud qaydalar əsasında attestatın verilməsi məsələsi var. Təhsil haqqında qanunda göstərilir ki, bir neçə fəndən şagird iki qiymət alırsa, o zaman da attestat verilir.
Biz əgər şagirdlərin dərsə davamiyyətinin qaydasında olmasını istəyiriksə, çalışmalıyıq ki, həmin qanunvericilikdəki müddəa oradan çıxarılsın. Yəni şagirdlərə formal xarakterli yox, obyektiv qiymətlər əsasında attestatlar təqdim olunsun. Əgər həqiqiətən də şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi doğru deyilsə, ona attestat təqdim olunmasın. Belə olan halda proses pozulmaz”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri