Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq. Martın 4-ü bəzi tarixi şəxslərimizin doğum və anım günləri ilə yadda qalıb.Missiya.Az onla
1968-ci ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib.
Orta məktəbi burada oxuyub, Naxçıvanski adına Hərbi liseyə daxil olub.
Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbində təhsil alıb.
1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilib.
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib.
Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşub.İgidimiz 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə mərdliklə şəhadətə ucalıb.2.
4 mart istedadlı aktyor, müğənni, Əməkdar artist Elçin Həmidovun anım günüdür. O, 1958-ci ildə 29 iyunda Bakıda doğulub.