Icma.az
close
up
RU
Martın 4 ü kimlər xatırlanır?

Martın 4 ü kimlər xatırlanır?

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Martın 4-ü bəzi tarixi şəxslərimizin doğum və anım günləri ilə yadda qalıb.
Missiya.Az onları təqdim edir:


1. 1968-ci ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib. Orta məktəbi burada oxuyub, Naxçıvanski adına Hərbi liseyə daxil olub. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbində təhsil alıb. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilib. Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşub.
İgidimiz 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə mərdliklə şəhadətə ucalıb.


2. 4 mart istedadlı aktyor, müğənni, Əməkdar artist Elçin Həmidovun anım günüdür. O, 1958-ci ildə 29 iyunda Bakıda doğulub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Daha sonra aktyor, əvvəlcə bacısı, sonra isə qardaşlarını itirib. 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində müxtəlif rolları canlandırıb. Əməkdar artistin 23 fevral 2011-ci ildə son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun Evlənmə komediyasında Yaiçnitsa obrazı olub.
2011-ci ilin 4 martında sənətçi ürək tutmasından vəfat edib. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. O, bu tamaşada iştirak edə bilmədi. Aktyorun işə gəlmədiyini görən dostları ona görə narahat olub evinə gediblər və Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evinin qapısı açılıb və o, evində ölü halda tapılıb. Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edilib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see316

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see268

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see266

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see259

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see259

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see251

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see251

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see249

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see248

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see248

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see239

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see237

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see237

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see214

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see207

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see205

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see202

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see195

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see194

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri