Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb FOTO

19.04.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Masallıda ağır qəzada 1 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью