Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb FOTO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Masallıda ağır qəzada 1 nəfər ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Masallıda baş verən qəzada 34 yaşlı sürücü ölüb
27 Mart 2026 19:55
Masallıda baş verən qəzada sərnişin ölüb
29 Oktyabr 2026 11:09
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
03 İyul 2026 01:33
Masallıda 20 yaşlı qız zəhərlənərək ölüb
11 Yanvar 2025 09:50
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb YENİLƏNİB
28 İyun 2025 19:07
Baxış sayı:198
Bu xəbər 19 Aprel 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















