Masallıda yük avtomobilində baş verən yanğın söndürülüb

14.07.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Renault” markalı yük avtomobilinin qoşqu hissəsindəki təkərdə baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin qoşqu hissəsində bir ədəd təkər yanıb.

Avtomobil və qoşqu yanğından mühafizə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью