Masallıda yük avtomobilində baş verən yanğın söndürülüb
Icma.az bildirir, Sia Az portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Renault” markalı yük avtomobilinin qoşqu hissəsindəki təkərdə baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin qoşqu hissəsində bir ədəd təkər yanıb.
Avtomobil və qoşqu yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:Masallıda pay torpaqlarında baş verən yanğın söndürülüb FOTOLENT
27 İyul 2025 15:35
Masallıda yanğın olub
23 Dekabr 2024 14:45
Masallıda məktəbdə yanğın
04 Fevral 2026 10:55
Masallıda kafedə yanğın baş verib
05 Yanvar 2025 11:23
Masallıda sexdə yanğın VİDEO
23 May 2025 05:05
Baxış sayı:112
Bu xəbər 14 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















