Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. İlham Tahirov- 62 Akademik Möhsün Nağısoylu onun haqqında yazır: “Məhəmməd Füzuli adına Ə
Dəhlizdə salamlaşdığım insanların arasında o da olurdu. O zamanlar bu qarayanız cavan oğlan ilk növbədə mədəni və mehriban davranışı ilə diq
Düzü, həmin vaxt onun nə adını bilir, nə də hansı vəzifədə çalışmağı barəsində məlumatım yox idi.
Sadəcə, mədəni rəftarı və səmimiliyi ilə diqqətimi özünə çəkmişdi.
Bu gün onu ölkəmizdə dil nəzəriyyəsi və German dilləri ixtisasları üzrə görkəmli mütəxəssis, yetkin bir elm adamı və məsuliyyətli, sözübütöv insan kimi dəyərləndirirəm...” Bəli, bu dəfəki söhbətimin qəhrəmanı hazırda AMEA-nın Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov olacaq.
O, 1963-cü ilin iyun ayının 8-də Masallı rayonunun Miyankü kəndində anadan olub.
1986-cı ildə indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.
Sonra təyinatla Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinə göndərilib.