Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Masallının alim oğlu...

Masallının alim oğlu...

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İlham Tahirov- 62

Akademik Möhsün Nağısoylu onun haqqında yazır: “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışdığım vaxtlar hərdən yolum İmadəddin Nəsimi adına Dilçilik İnstitutuna düşərdi. Dəhlizdə salamlaşdığım insanların arasında o da olurdu. O zamanlar bu qarayanız cavan oğlan ilk növbədə mədəni və mehriban davranışı ilə diqqətimi cəlb edirdi. Düzü, həmin vaxt onun nə adını bilir, nə də hansı vəzifədə çalışmağı barəsində məlumatım yox idi. Sadəcə, mədəni rəftarı və səmimiliyi ilə diqqətimi özünə çəkmişdi. Bu gün onu ölkəmizdə dil nəzəriyyəsi və German dilləri ixtisasları üzrə görkəmli mütəxəssis, yetkin bir elm adamı və məsuliyyətli, sözübütöv insan kimi dəyərləndirirəm...”

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı hazırda AMEA-nın Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov olacaq. O, 1963-cü ilin iyun ayının 8-də Masallı rayonunun Miyankü kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonra təyinatla Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinə göndərilib. Dörd il orada çalışdıqdan sonra 1990-1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 1994-cü ildə “Azərbaycan dili” ixtisası üzrə namizədlik, 2008-ci ildə isə “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyalarını müdafiə edib. 2008-ci ildən filologiya elmləri doktoru, 2019-cu ildən professordur. 1993-1996-cı illərdə Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi və elmi işçi kimi çalışıb. 1996-2013-cü illərdə həmin institutun elmi katibi olub. 2013-2014-cü illərdə isə Dilçilik İnstitutunda Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri vəzifəsində işləyib. Sonra müdir vəzifəsindən çıxaraq şöbənin baş elmi işçisi vəzifəsini icra edib. 2016-2019-cu illərdə institutun Hind-Avropa dilləri şöbəsində baş elmi işçi kimi fəaliyyətini davam etdirib. 2019-cu ildən Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiridir...

Akademik Möhsün Nağısoylu daha sonra yazır: “Professor İlham Tahirovla eyni elmi qurumda- Nəsimi adına Dilçilik İnstitutunda çalışdığımız beş ildən çox bir müddət ərzində həmkarımı həm savadlı elm adamı, həm də məsuliyyətli və sözünün üstündə duran, prinsipial bir insan kimi tanıdım. İnstitutun Elmi Şurasının bütün iclaslarında fəallığı ilə seçilirdi İlham müəllim. O, istənilən məsələ barədə öz fikrini bildirməkdən çəkinmir və iradını sübut etməyə çalışırdı. Düşünürəm ki, bu məsələ onun daxili təbiətindən gəlirdi. Zəngin həyat təcrübəmə görə, deyə bilərəm ki, belə insanlar, adətən, düzlüyü sevir və həqiqətin tərəfində olur. Hər halda, mən bu müddətdə İlham müəllimi belə bir elm adamı və insan kimi tanıdım. İnstitutun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının iclaslarında da İlham Tahirov bu keyfiyyəti ilə seçilirdi. Müdafiə Şurasının demək olar ki, bütün iclaslarında İlham müəllim mütləq və mütləq öz sözünü deyərdi. Açığını deyim ki, bu cür insanları mən təqdir edir, onları dəstəkləyirəm. Axı təbiət etibarilə özüm də uşaqlıqdan haqqın, ədalətin tərəfdarı olmuş və ömür boyu bu yoldan çəkinməmişəm. İnsan gərək öz vətəndaşlıq borcunu yerinə yetirsin və haqqın, doğruluğun tərəfində olsun. Bəli, mən professor İlham Tahirovu belə bir alim-insan kimi tanıyıram...”

İlham Tahirov ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələ¬lərinə həsr olunmuş 7 monoqrafiya və kitabın, 6 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirərək, Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdırıb. Zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş, leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq araşdırmışdır. Leksik temporallıq sahəsinin struktur-semantik modelini quraraq, Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini tədqiq etmişdir. Bir sözlə, o, qədim alınma sözlər layını aşkarlamışdır...

O, tərcüməçilik fəaliyyəti ilə də məşğul olur. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Azərbaycan Respublikası Gömrük Komitəsinin, Soros Fondu / Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçi işləyib. 2007-2010-ci illərdə “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqramlarının Azərbaycan versiyasının hazırlanmasında və tərcümə edilməsində iştirak edib, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində “Dilmanc” azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemini hazırlayan işçi qrupun üzvü olib...

Qeyri-adi dərəcədə ağıllı, hazırcavab və gülərüz adamdır. Onunla vaxt darıxdırıcı keçmir- daim zarafat edir. Hər zaman yeniliyə açıqdır. Adətən yeniliklərdən danışır və ətrafındakılara pozitiv enerji ötürür. Bir sözlə, professor İlham Tahirov yaxşı adamdır. İyunun 8-i onun növbəti ad günüdür. Bu dəfə ad günü müqəddəs Qurban bayramına təsadüf edir. Onu həm ad günü və həm də Qurban bayramı münasibətilə təbrik edirəm.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see213

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see175

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see170

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see166

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see165

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri