Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Azərbaycanda qeyri-adi bir avtomobil nömrəsi görənlərin diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, “VAZ” markalı avtomobilin arxa tərəfinə, standart metal nömrə lövhəsinin əvəzinə, maşının banına əllə 90-CT-358 nömrəsi yazılıb.
Qanunvericiliyə görə bu lövhədə avtomobilin qeydiyyat nömrəsi rəsmi qaydada həkk olunmalıdır.
Bu görüntü sosial şəbəkələrdə maraq doğurub, avtomobil sahiblərinin belə qeyri-adi üsullara əl atması həm təəccüb, həm də tənqid obyektinə çevrilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə sürücülər 100 manat 4 balla cərimələnir.
Eltac Zülfüqaroğlu Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.