Maşının nömrəsini bana əllə yazan taksi sürücüsü Cəriməsi nə qədərdir? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Azərbaycanda qeyri-adi bir avtomobil nömrəsi görənlərin diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, “VAZ” markalı avtomobilin arxa tərəfinə, standart metal nömrə lövhəsinin əvəzinə, maşının banına əllə 90-CT-358 nömrəsi yazılıb. Qanunvericiliyə görə bu lövhədə avtomobilin qeydiyyat nömrəsi rəsmi qaydada həkk olunmalıdır.
Bu görüntü sosial şəbəkələrdə maraq doğurub, avtomobil sahiblərinin belə qeyri-adi üsullara əl atması həm təəccüb, həm də tənqid obyektinə çevrilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə sürücülər 100 manat 4 balla cərimələnir.
Eltac Zülfüqaroğlu
Baxış sayı:51
Bu xəbər 16 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















