Maskın ofisi gündə 1 milyard ABŞ dollarına qənaət etdiyini söylədi

29.01.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) artıq ABŞ hökumətinə gündə 1 milyard dollar qənaət etdiyini və bu rəqəmi gündə 3 milyard dollara çatdıracağını iddia edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "X" sosial platformasındakı hesabında idarədən verilən açıqlamada bildirilir.

"DOGE federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət edir, əsasən lazımsız işə qəbulu dayandırmaq, "DEI" (Müxtəliflik, Bərabərlik və İnklüzivlik) proqramlarını ləğv etmək və xarici təşkilatlara əsassız ödənişlərə son qoymaqla - hamısı prezidentin sərəncamlarına uyğundur", - deyə departamentdən bildirilib.

"Əla başlanğıcdır, lakin bu rəqəmi gündə 3 milyard dollardan çox artırmalıyıq", - deyə mesajda qeyd edilir.

İlon Mask ABŞ prezidenti Donald Tramp tərəfindən "DOGE" - Hökumətin Səmərəliliyi Departamenti adlı departamentin rəhbəri vəzifəsinə təyin edilib.

"NBC News"un daha əvvəl xəbər verdiyi kimi, adına baxmayaraq, "DOGE" federal hökumətin tərkibində tam hüquqlu nazirlik olmayacaq - belə bir departamentin yaradılması ABŞ Konqresinin təsdiqini tələb edir. Tramp, "DOGE"nin "kənardan tövsiyə və məsləhətlər verəcəyini" söyləyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью