Maskın ofisi gündə 1 milyard ABŞ dollarına qənaət etdiyini söylədi
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə "X" sosial platformasındakı hesabında idarədən verilən açıqlamada bildirilir.
"DOGE federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət edir, əsasən lazımsız işə qəbulu dayandırmaq, "DEI" (Müxtəliflik, Bərabərlik və İnklüzivlik) proqramlarını ləğv etmək və xarici təşkilatlara əsassız ödənişlərə son qoymaqla - hamısı prezidentin sərəncamlarına uyğundur", - deyə departamentdən bildirilib.
"Əla başlanğıcdır, lakin bu rəqəmi gündə 3 milyard dollardan çox artırmalıyıq", - deyə mesajda qeyd edilir.
İlon Mask ABŞ prezidenti Donald Tramp tərəfindən "DOGE" - Hökumətin Səmərəliliyi Departamenti adlı departamentin rəhbəri vəzifəsinə təyin edilib.
"NBC News"un daha əvvəl xəbər verdiyi kimi, adına baxmayaraq, "DOGE" federal hökumətin tərkibində tam hüquqlu nazirlik olmayacaq - belə bir departamentin yaradılması ABŞ Konqresinin təsdiqini tələb edir. Tramp, "DOGE"nin "kənardan tövsiyə və məsləhətlər verəcəyini" söyləyib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Yanvar 2025 07:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















