GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-da siyasi sistemin ikipartiyalı modeldən uzaqlaşması barədə yeni müzakirələr başlayıb.
Texnologiya milyarderi İlon Maskın X platformasında paylaşdığı son fikir bu iddiaları daha da alovlandırıb.
Mask sual edir: “ABŞ-da əhalinin 80 faizini həqiqətən təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıb?” Bu paylaşım qısa zamanda ciddi rezonans doğurub, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bir çox istifadəçi Maskın təklifini dəstəkləyib, onun ABŞ-da siyasi alternativə ehtiyac olduğunu vurğulayıb.
Digərləri isə bu fikrin real olmadığını, mövcud sistemin üçüncü partiyanın uğur qazanmasına imkan vermədiyini bildiriblər.
Maraq doğuran məqam odur ki, bu çıxış İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında son dövrlərdə müşahidə edilən gərgin münasibətlər fonunda səslənib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Maskla Tramp arasında yaranan gərginlik təsadüfi deyil və bu, ABŞ-ın daxili siyasi konfiqurasiyasına ciddi təsir edə bilər: “Fikrimcə, tərəflər arasında yaranan gərginlik əhəmiyyətsiz məsələ deyil, əksinə, kifayət qədər ciddidir.