Icma.az
close
up
RU
Maskın təklifi

Maskın təklifi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-da siyasi sistemin ikipartiyalı modeldən uzaqlaşması barədə yeni müzakirələr başlayıb. Texnologiya milyarderi İlon Maskın X platformasında paylaşdığı son fikir bu iddiaları daha da alovlandırıb.

Mask sual edir: “ABŞ-da əhalinin 80 faizini həqiqətən təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıb?”

Bu paylaşım qısa zamanda ciddi rezonans doğurub, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Maskın təklifini dəstəkləyib, onun ABŞ-da siyasi alternativə ehtiyac olduğunu vurğulayıb. Digərləri isə bu fikrin real olmadığını, mövcud sistemin üçüncü partiyanın uğur qazanmasına imkan vermədiyini bildiriblər.

Maraq doğuran məqam odur ki, bu çıxış İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında son dövrlərdə müşahidə edilən gərgin münasibətlər fonunda səslənib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Maskla Tramp arasında yaranan gərginlik təsadüfi deyil və bu, ABŞ-ın daxili siyasi konfiqurasiyasına ciddi təsir edə bilər:

“Fikrimcə, tərəflər arasında yaranan gərginlik əhəmiyyətsiz məsələ deyil, əksinə, kifayət qədər ciddidir. Bu, Trampın daxili və xarici siyasət kursu ilə bağlı narazılıqdan qaynaqlana bilər. Mask prezident seçkiləri ərəfəsində Trampa açıq dəstək vermişdi. Hətta bir müddət elə fikir formalaşmışdı ki, guya ABŞ-ı Mask idarə edir. Onun oğlunun Ağ Evə gedib Trampın kreslosunda əyləşməsi də buna rəmzi nümunə kimi qiymətləndirilirdi.

Trampın Mask qarşısında müəyyən öhdəliklərini yerinə yetirməməsi, eləcə də prezidentin Rusiya, Çin və Avropa İttifaqı ilə bağlı siyasətinin Maskı qane etməməsi bu gərginliyin əsas səbəblərindəndir.

Maskın yeni partiya yaratmaq təşəbbüsü Trampa qarşı ciddi siyasi təzyiq alətinə çevrilə bilər. Düşünürəm ki, bu gərginlik daha da artacaq. Mask yeni partiya ideyası ilə Trampın reputasiyasına zərbə vurmaq istəyir və bu, yalnız başlanğıcdır. Sahibkar prezidentə qarşı siyasi və mediada təzyiqləri davam etdirəcək. Maskın maliyyə imkanları və ictimai nüfuzu bunu etməyə yetərlidir. Əgər o, üçüncü partiya qurarsa, bu həm Respublikaçılar, həm də Demokratlar üçün yeni və güclü rəqib demək olacaq.

Hazırda İlon Mask bu ideyanı rəsmi şəkildə açıqlamasa da, onun sosial media paylaşımları və son davranışları bu istiqamətdə real addımlar atacağı ehtimalını gücləndirir. ABŞ-da üçüncü bir siyasi qüvvənin yaranması yalnız Mask-Tramp qarşıdurmasının deyil, eyni zamanda cəmiyyətin əsas siyasi qüvvələrə olan inamsızlığının göstəricisidir”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 İyun 2025 04:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri