Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpaolunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda, iqtisadiyyatın şaxələnməsi və ətraf mühitin qorunmasını təşviq edir.BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu cür təşəbbüslərdən biri noyabrın 11-də Bakıda keçirilib.
Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.
Ödəniş şəbəkəsi sahəsində ilk belə addım “Mastercard” tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartlarının istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb.
2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilmiş və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.
Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər “Mastercard” ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdələrik götürüblər.
Artıq bir neçə bank, o cümlədən PAŞA Bank, Kapital Bank, ABB Bank, ATB, Yelobank, Rabitəbank və Xalq Bank bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib.
Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.“Mastercard olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq.