Icma.az
close
up
RU
® “Mastercard Azərbaycan” COP29 günlərində “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir AZƏRTAC

® “Mastercard Azərbaycan” COP29 günlərində “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpaolunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda, iqtisadiyyatın şaxələnməsi və ətraf mühitin qorunmasını təşviq edir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu cür təşəbbüslərdən biri noyabrın 11-də Bakıda keçirilib. Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər. Ödəniş şəbəkəsi sahəsində ilk belə addım “Mastercard” tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartlarının istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb. 2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilmiş və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.

Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər “Mastercard” ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdələrik götürüblər. Artıq bir neçə bank, o cümlədən PAŞA Bank, Kapital Bank, ABB Bank, ATB, Yelobank, Rabitəbank və Xalq Bank bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib. Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.

“Mastercard olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq. Bu, ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olmaqla yanaşı, maliyyə sektorunda plastik tullantıların azaldılması və ətraf mühitin dayanıqlılığının dəstəklənməsi istiqamətində öhdəliyimizi nümayiş etdirir”, – deyə “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bildirib.

“Mastercard”ın “Dayanıqlı Kartlar” proqramı şirkətin dayanıqlılığı öz fəaliyyətinin əsas elementi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Bu proqram həm şirkətin karbon və ekoloji izini azaltmağa, həm də tərəfdaşlara və istehlakçılara bu istiqamətdə addımlar atmaq imkanı yaratmağa yönəlib.

“Mastercard”, eyni zamanda, 2040-cı ilə qədər sıfır karbon emissiyası hədəfinə nail olmağa və “Priceless Planet Coalition” kimi yeni təşəbbüsləri həyata keçirməyə sadiqliyini bəyan edir. Bu təşəbbüs çərçivəsində 100 milyon ağacın bərpasının maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, “Mastercard”ın “Karbon Kalkulyatoru” kart sahiblərinin xərclərinə əsaslanan təxmini karbon izini öyrənməyi təmin edir. Dayanıqlı innovasiya laboratoriyası isə həm rəqəmsal məhsullar üçün mərkəz, həm də tərəfdaşlarla gələcək həllərin birgə yaradılması üçün platforma rolunu oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri