Maya dəyəri 550, satışı 3000 manat... Vətəndaş necə ev sahibi olsun? | Icma.az
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyət hesabatı müzakirəsi zamanı daşınmaz əmlak bazarında artan qiymətlər müzakirə olunub.
Aprelin 15-də keçirilən müzakirələr zamanı deputat Əli Məsimli çıxış edərək bildirib ki, xüsusilə iri şəhər mərkəzlərində tikilən yaşayış sahələrinin hər kvadrat metrinin qiyməti real bazar göstəricilərindən uzaq, "fantastik" səviyyədədir və orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun gəlmir.
Deputat qeyd edib ki, bu sahədə məlum olan bir sıra hallar mövcuddur.
İş adamlarından toplanan vəsaitlərin nəticə etibarilə mənzil qiymətlərinə əlavə olunması mənzil bazarında süni qiymət artımına səbəb olur.
Bu isə ölkədə mənzil təminatının əlçatanlığı məsələsinə ciddi şəkildə mənfi təsir göstərir.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Əli Məsimli burda bir çox ödənişləri nəzərdə tutmuş ola bilər: "Əli müəllim bu fikirləri səsləndirməklə həm də vergi yükünü nəzərdə tutur.
Bəzən görürsən ki, sahibkarlardan üzərinə tikdiyi binanın sata biləcəyi hissəsinin deyil, sata bilməyəcəyi ərazisinin də vergisi tələb olunur.
Tam oxu
Xəbəri oxu