Icma.az
close
up
RU
Maya dəyəri 550, satışı 3000 manat... Vətəndaş necə ev sahibi olsun?

Maya dəyəri 550, satışı 3000 manat... Vətəndaş necə ev sahibi olsun?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyət hesabatı müzakirəsi zamanı daşınmaz əmlak bazarında artan qiymətlər müzakirə olunub. Aprelin 15-də keçirilən müzakirələr zamanı deputat Əli Məsimli çıxış edərək bildirib ki, xüsusilə iri şəhər mərkəzlərində tikilən yaşayış sahələrinin hər kvadrat metrinin qiyməti real bazar göstəricilərindən uzaq, "fantastik" səviyyədədir və orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun gəlmir.

Deputat qeyd edib ki, bu sahədə məlum olan bir sıra hallar mövcuddur. İş adamlarından toplanan vəsaitlərin nəticə etibarilə mənzil qiymətlərinə əlavə olunması mənzil bazarında süni qiymət artımına səbəb olur. Bu isə ölkədə mənzil təminatının əlçatanlığı məsələsinə ciddi şəkildə mənfi təsir göstərir.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Əli Məsimli burda bir çox ödənişləri nəzərdə tutmuş ola bilər:

"Əli müəllim bu fikirləri səsləndirməklə həm də vergi yükünü nəzərdə tutur. Bəzən görürsən ki, sahibkarlardan üzərinə tikdiyi binanın sata biləcəyi hissəsinin deyil, sata bilməyəcəyi ərazisinin də vergisi tələb olunur. Bundan başqa sahibkarlardan müəyyən texniki şərtlərin alınması, bir sıra dövlət tərəfindən qoyulan rüsumların ödənməsi də tələb olunur. Məsələn, mənzillərə işıq, su, qaz sayğacları qoyarkən bu vəsait vətəndaşdan deyil, MTK-lardan tələb olunur. Daha sonra isə MTK-lar bunu məcbur şəkildə vətəndaşlardan alır". 

Ekspert düşünür ki, hazırda Mənzil Tikinti Korperativlərinin, tikinti şirkətlərinin vergi yükü çoxdur:

"Doğrudur, əlavə dəyər vergisinin qaytarılmasını dövlət güzəşt elədi. Amma buna baxmayaraq, binaların vətəndaşa satılmayan hissələrinin də vergisi sahibkardan tələb olunur, bu da onlara əlavə vergi yükü yaradır. Bundan başqa, texniki şərtlər üçün tələb olunan vəsaitlər də mənzillərin maya dəyərinə təsir göstərir".

"Özəl şirkətlərin tikdiyi bu mənzillərə vətəndaşın əlçatanlığını təmin etmək üçün dövlət tərəfindən hansısa bir proqram hazırlana bilərmi, bu həm sahibkara, həm də mənzil almaq istəyən vətəndaşa dəstək məqsədi daşısın" sualına cavab olaraq Ramil Qasımzadə bildirib ki, özəl ipoteka fondlarının yaradılması bu sahəyə mühüm töhvə verə bilər:

"Doğrudur, Dövlət İpoteka Fondu tərəfindən maliyyələşmələr aparılır, lakin hesab edirəm ki, həm də özəl ipoteka fondlarının olması vətəndaşların mənzillərə əlçatanlığını daha da artırla bilər. Hazırda kreditlə alınan mənzillər üçün qoyulan şərtlər ağırdır. Məsələn, banklar rəsmi iş yerləri tələb edir. Amma bir çox hallarda vətəndaşlar rəsmi gəlirlə işləmir, ya onların bu gəlirlərdən də əlavə gəlirləri olur. Belə olan halda onların bu gəlirləri göstərə bilməməsi, bankların isə yalnız rəsmi gəlirlər əsasında kreditləri ayıra bilmələri, vətəndaşların kreditlə ev almaq imkanlarını məhdudlaşdırır. Banklar rəsmi gəlir tələb etməkdə haqlıdır. Çünki bunu etməklə ayırdıqları vəsaitlərin onlara qayıtma riskini sığoRtalayır. Lakin bir çox vətəndaşın kreditlə mənzil almağa əlçatanlığı olmur. Bu gün tikinti şirkətləri özləri də daxili kreditlə satışa mənzillər çıxarır. Lakin onların vətəndaşa ayırdığı zaman azdır, 3, 5, 10 ildir. Özəl kredit fondları ilə isə bu müddət 20, 25 il ola bilər".

Ramil Qasımzadə vətəndaşaların daha ucuz, daha aşağı tələblərlə mənzil sahibi olmaq şərtləri haqqında da danışarkən bildirib ki, xüsusi ilə şəhərin mərkəzindən kənarda sahibkarlara çoxmənzilli binaların tikilməsi üçün torpaq sahələri ayrılmalıdır:

"Bu gün ən böyük problemlərdən biri də həmin torpaq sahələrinin olmamasıdır. Ümumiyyətlə, deyərdim ki, hazırda şəhərin mərkəzində bina tikmək üçün torpaq sahəsi mövcud deyil. Lakin mərkəzdən kənarda böyük yaşayış komplekslərinin tikilməsi üçün həm torpaq sahələri, həm də buna zərurət var. Bu ərazilərdə xüsusi ilə maya dəyəri daha ucuz başa gələn evlərin tikintisinə ehtiyac var".

Mənzil qiymətlərinin son bir ildə daha çox bahalaşması haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, şəhərin mərkəzində hazırda kvadratmetri 3000 manat və daha çox qiymətə olan mənzillər satışa çıxarılır:

"Hazırda yeni tikililərin 1 kvadratmetri 550 manata başa gəlir. Lakin bu qiymətin üstünə də müxtəlif xərclər gələndə bir kvadratmetr üçün qiymət 1700 manata gəlib çıxır, sahibkar  qazanc əldə eləmək üçün üstünə pul qoyanda isə həmin mənzilin kvadratını ən azı 2200 manata satır, hətta bu məbləğ 2400-2500 manata qədər artır. Şəhərin mərkəzində isə bu məbləğ 3000 manatın üzərindədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri