Maya Sandu: “Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək” | Icma.a…
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Moldova Respublikası vətəndaşları adından sizə müraciət etmək mənim üçün böyük şərəfdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.Bizim.Media xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Moldova Respublikasının Prezidenti Maya Sandu deyib.Onun sözlərinə görə, ölkəsi iqlim dəyişikliyi ədalətsizliyinin parlaq nümunəsidir.
Bildirib ki, Moldovanın qlobal tullantılara töhfəsi 0,03 faiz olsa da, bu ölkə Avropanın iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ən həssas regionudur:“Temperaturun yüksəlməsi, uzun sürən quraqlıqlar, eləcə də gözlənilməz və güclü yağıntılar buğda və qarğıdalının məhsuldarlığını azaldır, Moldovanın iqtisadiyyatı və irsi üçün vacib olan üzüm bağları isə yeni problemlərlə üzləşir.
Suya çıxış getdikcə çətinləşir, bu da həm kənd təsərrüfatına, həm də gündəlik həyata təsir edir.
Dünyadakı kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlar çox vaxt bərpa üçün lazımi resurslara malik olmadığından bu yükü bölüşürlər.
Bu, həssas ölkələrə üstünlük verən və onların davamlılığını artıran ədalətli və əlçatan iqlim maliyyələşmə sisteminə təcili ehtiyacı vurğulayır.
İnkişaf etmiş ölkələrin dəstəyinə ümid etmək olduqca ədalətlidir”.Moldova Prezidentinin sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini sürətləndirmək üçün mövcud fondlar və proqramlar bürokratik prosesləri yüngülləşdirməlidir: “Moldovada biz karbon qazı emissiyalarının azaldılmasına öz töhfəmizi veririk.
Tam oxu
Xəbəri oxu