Icma.az
close
up
RU
Maya Sandu: “Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək”

Maya Sandu: “Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək”

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Moldova Respublikası vətəndaşları adından sizə müraciət etmək mənim üçün böyük şərəfdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Moldova Respublikasının Prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, ölkəsi iqlim dəyişikliyi ədalətsizliyinin parlaq nümunəsidir. Bildirib ki, Moldovanın qlobal tullantılara töhfəsi 0,03 faiz olsa da, bu ölkə Avropanın iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ən həssas regionudur:
“Temperaturun yüksəlməsi, uzun sürən quraqlıqlar, eləcə də gözlənilməz və güclü yağıntılar buğda və qarğıdalının məhsuldarlığını azaldır, Moldovanın iqtisadiyyatı və irsi üçün vacib olan üzüm bağları isə yeni problemlərlə üzləşir. Suya çıxış getdikcə çətinləşir, bu da həm kənd təsərrüfatına, həm də gündəlik həyata təsir edir. Dünyadakı kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlar çox vaxt bərpa üçün lazımi resurslara malik olmadığından bu yükü bölüşürlər. Bu, həssas ölkələrə üstünlük verən və onların davamlılığını artıran ədalətli və əlçatan iqlim maliyyələşmə sisteminə təcili ehtiyacı vurğulayır. İnkişaf etmiş ölkələrin dəstəyinə ümid etmək olduqca ədalətlidir”.
Moldova Prezidentinin sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini sürətləndirmək üçün mövcud fondlar və proqramlar bürokratik prosesləri yüngülləşdirməlidir: 
“Moldovada biz karbon qazı emissiyalarının azaldılmasına öz töhfəmizi veririk. İqtisadiyyatımızı çökdürən Rusiya-Ukrayna müharibəsinin yaratdığı çoxsaylı böhranlara baxmayaraq, biz daha yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirərək milli meşəsalma proqramına - meşələrin sahəsini 5 faiz artırmaq cəhdinə başlamışıq. Resursların məhdudluğuna baxmayaraq, biz bu məqsədi planetin və gələcək nəsillərin sağlamlığı, havanın keyfiyyətinin, biomüxtəlifliyin və torpaqların yaxşılaşdırılması üçün həyata keçiririk.
 

Son qlobal enerji böhranları bizi tez hərəkət etməyə məcbur etdi. Biz enerji səmərəliliyi hesabına istehlakı azaldırıq və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndiririk. Lakin meşələrin salınması və karbonsuzlaşdırma baha başa gəlir və daha ardıcıl dəstəklə biz bu ekzistensial səyləri sürətləndirə bilərdik.


Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək. Planetin böyük ərazilərini yaşayış üçün yararsız hala gətirmək riski ilə hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək. Bizim bugünkü həmrəyliyimiz Yer kürəsinin gələcəyini müəyyən edəcək”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri