Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktyor Maykl Duqlas uzun müddətdir kinoya çəkilməyən və ictimaiyyət qarşısına az çıxan həmkarı Cek Nikolsonun evdə vaxt keçirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Duqlas bu barədə memuarlarının təqdimatında çıxışı zamanı danışıb. O, Nikolsonla yaxın dost olduğunu və onunla mütəmadi görüşdüyünü qeyd edib.
“Ceklə birlikdə oynamaq istərdim, amma o, artıq işləmir. Onun hər şeyi qaydasındadır, mən onunla görüşürəm. Evdə vaxt keçirir və başmaqlarını geyinib gəzir”, – Duqlas deyib.
Qeyd edək ki, 89 yaşlı Cek Nikolsonun son filmi 2010-cu ildə ekranlara çıxan “Necə bilmək olar...” olub. Aktyor 12 dəfə “Oskar” mükafatına namizəd göstərilib və üç dəfə bu mükafata layiq görülüb.
Bizim.Media