Maykl Duqlas Cek Nikolsonun hazırda necə yaşadığını açıqladı: “Başmaqlarını geyinib...”
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktyor Maykl Duqlas uzun müddətdir kinoya çəkilməyən və ictimaiyyət qarşısına az çıxan həmkarı Cek Nikolsonun evdə vaxt keçirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Duqlas bu barədə memuarlarının təqdimatında çıxışı zamanı danışıb. O, Nikolsonla yaxın dost olduğunu və onunla mütəmadi görüşdüyünü qeyd edib.
“Ceklə birlikdə oynamaq istərdim, amma o, artıq işləmir. Onun hər şeyi qaydasındadır, mən onunla görüşürəm. Evdə vaxt keçirir və başmaqlarını geyinib gəzir”, – Duqlas deyib.
Qeyd edək ki, 89 yaşlı Cek Nikolsonun son filmi 2010-cu ildə ekranlara çıxan “Necə bilmək olar...” olub. Aktyor 12 dəfə “Oskar” mükafatına namizəd göstərilib və üç dəfə bu mükafata layiq görülüb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















