525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Pavel Andreyeviç Fedotovun "Mayorun elçiliyi" əsərindən danışmışıq.
XIX əsrin birinci yarısında yaşayıb-yaratmış rəssam Pavel Fedotov öz dövrünün mənzərəsini əsərlərində tam aydın şəkildə təsvir edib.
Rəssamın çəkdiyi rəsmlər yalnız XIX əsrin birinci yarısının məişətini yox, eyni zamanda həyatını və problemlərini satira ilə nümayiş etdirir.
Əsərlərindəki hərbçi obrazları, şux kolorit və incə yumor onun ilkin yaradıcılıq mərhələsinin əsas xüsusiyyətləri idi.
Lakin sonrakı dövrlərdə rəssamın əsərlərində kədərli notlar müşahidə olunur ki, bu da onun maliyyə çətinlikləri, xəstəlik və psixoloji gərginliklərlə üzləşməsi ilə bağlıdır.
Bu ruh halı "Ankor, yenə ankor" və "Dul qadın" kimi son dövr əsərlərində açıq şəkildə hiss olunur.