Mbappe Ronaldoya çatdı | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe karyerası ərzində vurduğu qolların sayına görə əfsanəvi braziliyalı Ronaldoya çatıb.
İdman.Biz xəbər verir ki, çərşənbə axşamı 27 yaşlı fransız Çempionlar Liqasında “Monako”ya qarşı keçirilən oyunda (6:1) dubl edib.
Bununla da “kral klubu”nun hücumçusunun aktivində artıq 414 qol var.
Braziliyalı Ronaldo da peşəkar karyerasını 15 il əvvəl başa vurarkən eyni sayda qol vurmuşdu.
Ronaldo ikiqat dünya çempionu və ikiqat “Qızıl top” mükafatının sahibidir.
O, 2002-ci ilin yayından 2007-ci ilin əvvəlinədək “Real”ın formasını geyinib.
İdman.Biz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu