Mbappe Ronaldoya çatdı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe karyerası ərzində vurduğu qolların sayına görə əfsanəvi braziliyalı Ronaldoya çatıb.
İdman.Biz xəbər verir ki, çərşənbə axşamı 27 yaşlı fransız Çempionlar Liqasında “Monako”ya qarşı keçirilən oyunda (6:1) dubl edib. Bununla da “kral klubu”nun hücumçusunun aktivində artıq 414 qol var.
Braziliyalı Ronaldo da peşəkar karyerasını 15 il əvvəl başa vurarkən eyni sayda qol vurmuşdu.
Ronaldo ikiqat dünya çempionu və ikiqat “Qızıl top” mükafatının sahibidir. O, 2002-ci ilin yayından 2007-ci ilin əvvəlinədək “Real”ın formasını geyinib.
Baxış sayı:79
Bu xəbər 21 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















