Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı

23.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Fransa millisinin kapitanı və "Real Madrid"in futbolçusu Kilian Mbappe xəyal etdiyi şam yeməyində eyni masada görmək istədiyi dörd məşhurun adını açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mbappe əfsanəvi basketbolçu Maykl Cordan, tennisçi Serena Uilyams, futbolçu Kriştianu Ronaldu və müğənni Rihanna ilə birlikdə nahar etmək istədiyini deyib.

Futbolçu yeməyi özü hazırlamayacağını zarafatla bildirib:

"Mən yemək bişirmirəm. Bişirsəm, yəqin ki, hamı evinə qaçar. Ən yaxşısı, nəsə sifariş edək".

Mbappe Maykl Cordana böyük hörmət bəslədiyini və onun karyerasından ilham aldığını qeyd edib. O, əfsanəvi basketbolçu ilə daha çox söhbət etmək istədiyini vurğulayıb.

Kriştianu Ronaldunu uşaqlıqdan kumiri hesab etdiyini deyən Mbappe hazırda onunla dost olduğunu bildirib. Futbolçu Ronaldudan məsləhətlər almaq və onunla vaxt keçirməkdən məmnun qalacağını söyləyib.

Serena Uilyamsı isə tennisdəki uğurlu karyerasına görə seçdiyini deyən Mbappe, sonda Rihanna ilə də eyni masa arxasında oturmaq istədiyini əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью