Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Fransa millisinin kapitanı və "Real Madrid"in futbolçusu Kilian Mbappe xəyal etdiyi şam yeməyində eyni masada görmək istədiyi dörd məşhurun adını açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mbappe əfsanəvi basketbolçu Maykl Cordan, tennisçi Serena Uilyams, futbolçu Kriştianu Ronaldu və müğənni Rihanna ilə birlikdə nahar etmək istədiyini deyib.
Futbolçu yeməyi özü hazırlamayacağını zarafatla bildirib:
"Mən yemək bişirmirəm. Bişirsəm, yəqin ki, hamı evinə qaçar. Ən yaxşısı, nəsə sifariş edək".
Mbappe Maykl Cordana böyük hörmət bəslədiyini və onun karyerasından ilham aldığını qeyd edib. O, əfsanəvi basketbolçu ilə daha çox söhbət etmək istədiyini vurğulayıb.
Kriştianu Ronaldunu uşaqlıqdan kumiri hesab etdiyini deyən Mbappe hazırda onunla dost olduğunu bildirib. Futbolçu Ronaldudan məsləhətlər almaq və onunla vaxt keçirməkdən məmnun qalacağını söyləyib.
Serena Uilyamsı isə tennisdəki uğurlu karyerasına görə seçdiyini deyən Mbappe, sonda Rihanna ilə də eyni masa arxasında oturmaq istədiyini əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















