McDonalds soğan tədarükçüsündə pozuntular aşkar etdi

14.01.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-da McDonald’s şəbəkəsi burgerlər üçün soğan tədarük edən Taylor Farms şirkətinin işində onlarla qanun pozuntusu aşkarlayıb. AzPost xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Qeyd olunur ki, müəyyən edilmiş pozuntular E.coli infeksiyasının yayılması ilə bağlıdır.

Müfəttişlər fabrikdə çirklənmiş yemək səthlərini aşkar ediblər. Məhsullara toxunan işçilərin gigiyena normalarına əməl etmədiyi də müəyyən edilib.

Qeyd edək ki, oktyabr ayında ABŞ-da McDonald’s-da E.coli-yə yoluxanların sayı 75-ə yüksəlib.

McDonald’s-ın ABŞ-dakı prezidenti Co Erlinqer burgerlərdəki soğanı kütləvi E.coli zəhərlənməsinin səbəbi adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью