McDonalds soğan tədarükçüsündə pozuntular aşkar etdi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-da McDonald’s şəbəkəsi burgerlər üçün soğan tədarük edən Taylor Farms şirkətinin işində onlarla qanun pozuntusu aşkarlayıb. AzPost xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Qeyd olunur ki, müəyyən edilmiş pozuntular E.coli infeksiyasının yayılması ilə bağlıdır.
Müfəttişlər fabrikdə çirklənmiş yemək səthlərini aşkar ediblər. Məhsullara toxunan işçilərin gigiyena normalarına əməl etmədiyi də müəyyən edilib.
Qeyd edək ki, oktyabr ayında ABŞ-da McDonald’s-da E.coli-yə yoluxanların sayı 75-ə yüksəlib.
McDonald’s-ın ABŞ-dakı prezidenti Co Erlinqer burgerlərdəki soğanı kütləvi E.coli zəhərlənməsinin səbəbi adlandırıb.

Трамп поработал в McDonalds
04 Noyabr 2024 17:54
McDonalds kartofunu evdə necə hazırlamaq olar?
16 Noyabr 2024 02:06
McDonalds Azərbaycan EcoAmbassadors layihəsini başa vurub
03 Dekabr 2024 11:38
McDonalds məhsullarından zəhərlənənlərin sayını 90a çatıb
07 Noyabr 2024 17:26
100 gün “McDonalds” yeməyi yeyib arıqlamağı planlaşdırır
26 Noyabr 2024 00:30

