MDB məkanında İLK Bakının enerji təminatında yeni sistem YARADILIR | Icma.az
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Artıq təqvimi olaraq payız mövsümünə qədəm qoyduq və sentyabrın ilk həftəsindəcə enerji sahəsində əməkdaşlıq məsələlərinin genişləndiyini müşahidə etdik.
Amma həftənin ilk pozitiv enerji xəbəri bp şirkətinin Bakı ofisindən gəldi.Neftimizin keyfiyyəti tam bərpa olunub MÖVZU İLƏ BAĞLI:Neft qiymətlərində kəskin artım proqnozları niyə ÖZÜNÜ DOĞRULTMADI?
– İlham Şabanın ŞƏRHİ Ceyhan terminalından Azərbaycnaın dünya bazarlarına çıxardığı xam neftin keyfiyyəti ilə bağlı məsələ artıq həll olunub.
"bp-Azerbaijan" şirkətindən verilən məlumata görə, hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur: "Xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir".Xatırladım ki, iyulun ortalarında Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xloridlərin normadan artıq miqdarı aşkar edildiyinə dair dünya KİVlərində treyderlərə istinadən məlumatlar yayılmışdı və sonra bu faktı Bakı-Tbilisi-Ceyhan kəmərinin operatoru bp şirkəti də təsdiqləmiş və problemin həlli yolunda işlər aparıldığını vurğulamışdı.TAP-la 50 mlrd kubmetr qaz ixracıTrans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin 31 dekabr tarixindən kommersiya istismarına başlandığı vaxtdan bu həftəyə qədər Avropaya 50 milyard kubmetr təbii qazı tədarük edib.
Boru kəmərinin operatoru olan TAP AG şirkəti bildirilib ki, 56 ay müddətində TAP kəməri ilə İtaliyaya 41,7 milyard kubmetr, Yunanıstana 4,8 milyard kubmetr və Bolqarıstana 3,2 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib.Qeyde dim ki, bu əhəmiyyətli nailiyyət bir daha TAP-ın Avropaya etibarlı və şaxələndirilmiş qaz təchizatının təmin edilməsində rolunu nümayiş etdirir.
Eyni zamanda Cənub-Şərqi Avropanın enerji bazarında rəqabəti gücləndirərək dekarbonizasiyaya töhfə verir.
TAP AG-nin idarəedici direktoru Luka Skieppati ictimaiyyət üçün açıqlamasında bildirib ki, 2026-cı ilin əvvəlindən TAP boru kəmərinin ötürücülük qabiliyyəti ildə 1,2 milyard kubmetr artacaq.Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Sentyabrın 4-də İzmir şəhərində Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirildi.
Tam oxu
Xəbəri oxu