Icma.az
close
up
RU
MDB məkanında İLK Bakının enerji təminatında yeni sistem YARADILIR

MDB məkanında İLK Bakının enerji təminatında yeni sistem YARADILIR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq təqvimi olaraq payız mövsümünə qədəm qoyduq və sentyabrın ilk həftəsindəcə enerji sahəsində əməkdaşlıq məsələlərinin genişləndiyini müşahidə etdik. Amma həftənin ilk pozitiv enerji xəbəri bp şirkətinin Bakı ofisindən gəldi.
Neftimizin keyfiyyəti tam bərpa olunub
 

MÖVZU İLƏ BAĞLI:
Neft qiymətlərində kəskin artım proqnozları niyə ÖZÜNÜ DOĞRULTMADI? – İlham Şabanın ŞƏRHİ 


Ceyhan terminalından Azərbaycnaın dünya bazarlarına çıxardığı xam neftin keyfiyyəti ilə bağlı məsələ artıq həll olunub. "bp-Azerbaijan" şirkətindən verilən məlumata görə, hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur: "Xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir".
Xatırladım ki, iyulun ortalarında Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xloridlərin normadan artıq miqdarı aşkar edildiyinə dair dünya KİVlərində treyderlərə istinadən məlumatlar yayılmışdı və sonra bu faktı Bakı-Tbilisi-Ceyhan kəmərinin operatoru bp şirkəti də təsdiqləmiş və problemin həlli yolunda işlər aparıldığını vurğulamışdı.
TAP-la 50 mlrd kubmetr qaz ixracı
Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin 31 dekabr tarixindən kommersiya istismarına başlandığı vaxtdan bu həftəyə qədər Avropaya 50 milyard kubmetr təbii qazı tədarük edib.  Boru kəmərinin operatoru olan TAP AG şirkəti bildirilib ki, 56 ay müddətində TAP kəməri ilə İtaliyaya 41,7 milyard kubmetr, Yunanıstana 4,8 milyard kubmetr və Bolqarıstana 3,2 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib.
Qeyde dim ki, bu əhəmiyyətli nailiyyət bir daha TAP-ın Avropaya etibarlı və şaxələndirilmiş qaz təchizatının təmin edilməsində rolunu nümayiş etdirir. Eyni zamanda Cənub-Şərqi Avropanın enerji bazarında rəqabəti gücləndirərək dekarbonizasiyaya töhfə verir. TAP AG-nin idarəedici direktoru Luka Skieppati ictimaiyyət üçün açıqlamasında bildirib ki, 2026-cı ilin əvvəlindən TAP boru kəmərinin ötürücülük qabiliyyəti ildə 1,2 milyard kubmetr artacaq.
Azərbaycan-Türkiyə enerji əməkdaşlığı
Sentyabrın 4-də İzmir şəhərində Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirildi. Bu forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirilib ki, 2007-ci ilin iyuldan indiyədək Azərbaycan Türkiyəyə 120 milyard kubmetrdən çox təbii qaz ixrac edib və bunun 35 milyard kubmetri qardaş ölkəyə 2018-ci ilin 30 iyunundan kommersiya daşımalarını həyata keçirən TANAP boru kəməri ilə həyata keçirilib. Həmçinin Türkiyə üzərindən Avropaya 50 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edilib. 2025-ci ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı hazırda ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində birgə layihələrin keçirilməsi ilə müşayət edilir. Bu ilin martında İğdır-Naxçıvan qaz kəməri istifadəyə verilib, apreldə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji interkonnektor”larının qurulması yönümündə memorandum imzalanıb, iyun ayında isə Türkiyənin dövlətə məxsus TPAO şirkəti Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” kəşfiyyat layihəsinə qoşulub, avqustda Türkiyə üzərindən Suriyaya Azərbaycan qazının tədarükünə başlanılıb və bir aya artıq ilk Yaxın Şərq ölkəsinə 60 milyon kubmetr Azərbaycan qazı göndərilib.

Nazir çıxışında həmçinin Türkiyə şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası layihəsinə cəlb edildiyini, o cümlədən Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə hazırda ölçmə və qiymətləndirmə işləri apardıqlarını vurğulayıb.


Türkiyənin Azərbaycan yataqlarına marağı
Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib ki, Türkiyə Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ", "Dostluq" yataqlarında və "D230" sahəsində əməkdaşlığı gücləndirməyi əsas hədəflərindən biri olacağın ümid edir.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan və Türkiyə arasında neft-qaz sahəsində həyata keçirilən birgə layihələr "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları ilə təməli atılmış, bu il imzalanmış "Şəfəq-Asiman" yatağı ilə bağlı müqavilə ilə yeni mərhələyə keçib. Amma Türkiyə Azərbaycanla neft və qaz layihələrini daha da genişləndirmək əzmindədir. 
Macarıstanın Azərbaycanda operatorluq arzusu
Macarıstanın MOL neft-qaz şirkəti Azərbaycanın iri karbohidrogen yataqlarından birinin operatoru statusunu əldə etməyə imkan verəcək saziş üzrə danışıqların yekun mərhələsindədir.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə bu həftə keçirilən Macarıstan-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra jurnalistlərə açıqlamasında söyləyib. "Gələn ildən MOL-un Azərbaycandakı karbohidrogen yataqlarından birinin işlənməsində iştirakının bir hissəsi kimi təbii qaz hasilatına da başlayacağı barədə razılaşma əldə olunub", - deyə nazir bildirib. Nazir söhbətin hansı yataqdan getdiyini açıqlamayıb. Amma bunun “Ümid-Babək” yatağı olmasını təxmin etmək mümkündür.
 

Siyartonun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığı sayəsində özü əhəmiyyətli karbohidrogen ehtiyatlarına malik olmayan Macarıstan faktiki olaraq enerji istehsal edən ölkəyə çevrilib. "Keçən il MOL şirkətinin karbohidrogen hasilatının 15%-i Azərbaycandan əldə edilib, həcmcə bu, təxminən 5 milyon barel neft olub”, deyə Siyarto vurğulayıb. 


Azərbaycan Bolqarıstanın qaz bazarında
Azərbaycan artıq Bolqarıstana qazın əsas tədarükçüsüdür. Bu haqda mətbuata açıqlamasında SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov bildirib ki, Bolqarıstanın daxili qaz bazarında Azərbaycanın payı təqribən 60 faiz təşkil edib və ötən il bu ölkə Azərbaycandan 2 milyard kubmetrə yaxın mavi yanacaq idxal edib.
Onun sözlərinə görə, SOCAR hazırda Bolqarıstanda iki qazpaylama layihəsini həyata keçirir.
birincisi – Panaqyurişte şəhərində qazpaylama şəbəkəsinin qurulmasıdır ki,  burada tərəfdaş qismində yerli "Asarel Energy" şirkəti çıxış edir. Digər qazpaylama layihəsi “hibrid qazlaşdırma” layihəsidir. “Bu layihə ölkənin "Bulgartansgaz" şəbəkəsi ilə əlaqəsi olmayan regionlara qazın çatdırılmasını nəzərdə tutur. Bolqarıstan Avropa İttifaqında qazlaşdırma göstəricisi çox aşağı olan ölkələrdəndir. Orada hələ "Bulgartansgaz" şəbəkəsinin çatmadığı ucqar bölgələr mövcuddur. Buna görə də sıxılmış maye qaz (CNG) xüsusi nəqliyyat vasitələri ilə bu bölgələrə çatdırırıq. Hazırda bu layihəni "M-Gaz" şirkəti ilə birgə həyata keçiririk”, - deyə SOCAR rəsmisi bildirib.
“Şahdəniz”də $321 mln-luq layihə
Bu həftə "Şahdəniz" konsorsiumu "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon dollar dəyərində müqavilə imzalandığını elan edib. Müqavilə "Azfen" Azərbaycan-Türkiyə birgə müəssisinə verilib.
 

Müqavilənin iş həcminə ŞDK platforması üçün 8 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə "Azfen"in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.


Üst modulların tikintisi işlərinin 2025-ci ilin IV rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 %-dən çoxu yerli mütəxəssislər olmaqla 3 000-dən artıq işçi qüvvəsi cəlb olunacaq. Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Stabil “yaşıl enerji” həlləri
"AzərEnerji" ASC Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulduğunu bildirib. Məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri yaradılmasına ehtiyac var. Çünki bunların sayəsində alternativ enerji mənbələrindən alınan elektrik enerjisini istehlakçılara daha stabil şəkildə çatdırmaq mümkündür.
 

Bu məqsədlə hazırda paytaxta yaxın 500 kilovoltluq "Abşeron" yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq "Ağdaş" yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.


Qeyd edək ki, bu həftə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda bildirilib ki, Azərbaycan BOEM hədəf göstəricisini 2030-cu ilədək quraşdırılmış gücün 35,5%-nə çatdırıb. Bununla əlaqədar ümumi gücü 2 250 MVt olan günəş və külək layihələrinin istismara verilməsi planlaşdırılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri