Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır. Rusiya hakimiyyəti 300-dən çox ukraynalı uşaqların Ukraynadan deportasiyası və Ru
Gununsesi.info xəbər verir ki, bununla bağlı Yale Universiteti hesabat təqdim edir.
Universitetin yeni hesabatına görə, ukraynalı uşaqların “ruslaşdırma” -sı şəxsən Putin və onun tabeliyində olanların təşəbbüsü ilə həyata keçirilib.
Bildirilir ki, tədqiqatlar Rusiya- Ukrayna münaqişəsindən sonra 20 ay ərzində aparılıb və bu günə qədər ukraynalı uşaqların deportasiyası ilə bağlı geniş bir hesabat olub.
Tədqiqatçılar ilhaq edilmiş Donetsk və Luqanskdan qanunsuz olaraq Rusiyaya aparılaraq məcburi övladlıq üçün göndərilən 314 uşağın adını müəyyən edib.
Məlumata əsasən 2022-ci ilin may-oktyabr aylarında prezident administrasiyasının birbaşa nəzarəti altında olan ukraynalı uşaqlar hərbi nəqliyyat təyyarələri ilə Ukraynadan çıxarılıblar.
Əvvəlcə onlar ara məntəqələrdə, xüsusən də Kursk və Rostov vilayətlərindəki müvəqqəti saxlama mərkəzlərinə və məktəblərə aparılıb.
Ehtimal edilir ki, deportasiya edilən uşaqlar indi Rusiyanın 21 regionunda saxlanılır.