Icma.az
close
up
RU
Məcburi ruslaşdırma: 300dən çox ukraynalı uşağ deportasiya edilib HESABAT

Məcburi ruslaşdırma: 300dən çox ukraynalı uşağ deportasiya edilib HESABAT

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya hakimiyyəti 300-dən çox ukraynalı uşaqların Ukraynadan deportasiyası və Rusiyada məcburi övladlığa götürülməsi, onların yenidən tərbiyəsi, təhsili üçün sistemli və genişmiqyaslı bir proqram həyata keçirir.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Yale Universiteti hesabat təqdim edir.

Universitetin yeni hesabatına görə, ukraynalı uşaqların “ruslaşdırma” -sı  şəxsən Putin və onun tabeliyində olanların təşəbbüsü ilə həyata keçirilib.

Bildirilir ki, tədqiqatlar Rusiya- Ukrayna münaqişəsindən sonra 20 ay ərzində aparılıb və bu günə qədər ukraynalı uşaqların deportasiyası ilə bağlı geniş bir hesabat olub.

Tədqiqatçılar ilhaq edilmiş Donetsk və Luqanskdan qanunsuz olaraq Rusiyaya aparılaraq məcburi övladlıq üçün göndərilən 314 uşağın adını müəyyən edib.

Məlumata əsasən 2022-ci ilin may-oktyabr aylarında prezident administrasiyasının birbaşa nəzarəti altında olan ukraynalı uşaqlar hərbi nəqliyyat təyyarələri ilə Ukraynadan çıxarılıblar. Əvvəlcə onlar ara məntəqələrdə, xüsusən də Kursk və Rostov vilayətlərindəki müvəqqəti saxlama mərkəzlərinə və məktəblərə aparılıb.

Ehtimal edilir ki, deportasiya edilən uşaqlar indi Rusiyanın 21 regionunda saxlanılır.

Hesabtda deyilir ki, müəyyən edilmiş 314 uşaqdan ən azı 208-i Rusiyanın övladlığa götürmə məlumat bazalarına yerləşdirilib və ya Rusiya vətəndaşlarının himayəsinə verilib.

67 uşağın artıq Rusiya vətəndaşı olduğunu deyən universitetin tədqiqatçıları bu rəqəmin daha çox olduğunu güman edir.

Hesabatda həmçinin qeyd olunur ki, ukraynalı uşaqların deportasiyası və vətəndaşlığa verilməsi proqramını qanuniləşdirmək üçün Rusiya hakimiyyəti daha çox psixoloqlara müraciət edir.

Hesabatda deyilir ki, Rusiyada məcburi övladlığa götürmə və ailələrə vermə sistemi Putin və Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın göstərişi və dəstəyi ilə yaradılıb.

Proqramın işlənib hazırlanması və monitorinqinə cavabdeh olan əsas məmurlar arasında Dövlət Dumasının sədr müavini Anna Kuznetsova, Rusiya Təhsil Nazirliyi və digər rəsmilərin də keçir.

Xatırladaq ki, 2023-cü ilin mart ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyasındakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə təqsirli bilinirlər.

Məlumata əsasən Yale Universitetinin apardığı araşdırmalar Putinə qarşı ittihamların dəstək məqsədilə üçün yeni sübutlar təqdim edir.

Qeyd edək ki, tədqiqatçılar 314 uşağın hər biri üçün şəxsi məlumatlardan ibarət dosye tərtib ediblər və bu  sənədlər araşdırılmaq üçün BCM prokurorluğuna, eləcə də Ukrayna hakimiyyət orqanlarına təqdim edilib.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri