Saglamolun saytına istinadən Icma.az xəbər verir. Xora xəstəliyi – mədə və ya 12-barmaq bağırsağın selikli qişasında davamlı zədə (xora) sah
Bu xəstəlik üçün xarakter əlamət, onun uzun müddət ərzində davam etməsi və periodik olaraq - əsasən yaz və payız aylarında - kəskinləşməsidi
Hal hazırda sübut edilmişdir ki, xora xəstəliyi və xroniki qastrit Helikobakter Pilori adlanan mikrob tərəfindən törədilir.
Bu mikrob on illərlə mədədə yaşaya bilir və çoxalaraq mədədə xroniki iltihab yaradır.
Bundan əlavə mikrob mədənin divarlarını yararaq xora xəstəliyi törədir.
Məhz bu sabəbdən qastrit və xora xəstəliyindən əziyyət çəkən bütün insanlar bu mikroba analiz etməlidirlər.
Xora xəstəliyinin baş vermə riskini, yəni onunla xəstələnmə ehtimalını artıran faktorlar yaxşı məlumdur: - irsi meylliliyin olması; - qan qrupunun 0(I) olması; - “operator” fəaliyyəti ilə məşğul olmaq.
Bu zaman insanlar vaxt çatışmazlığı (az vaxt ərzində) şəraitində tez bir zamanda qərar qəbul etməli olurlar (məsələn, (aviodispetçerlər, iri şirkətlərin menecerləri, birjalarda çalışan brokerlər və s.); - alkoqollu içkilərin qəbul edilməsi; - siqaret çəkilməsi; - tez-tez baş verən, həmçinin uzun müddət ərzində davam edən steslər; - sadə gigiyena qaydalarına riayət etməməsi və s.