Icma.az
close
up
RU
Mədə və 12barmaq bağırsağı xora xəstəliyi

Mədə və 12barmaq bağırsağı xora xəstəliyi

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Xora xəstəliyi – mədə və ya 12-barmaq bağırsağın selikli qişasında davamlı zədə (xora) sahələrinin formalaşmasından ibarətdir.

Bu xəstəlik üçün xarakter əlamət, onun uzun müddət ərzində davam etməsi və periodik olaraq - əsasən yaz və payız aylarında - kəskinləşməsidir.

Hal hazırda sübut edilmişdir ki, xora xəstəliyi və xroniki qastrit Helikobakter Pilori adlanan mikrob tərəfindən törədilir. Bu mikrob on illərlə mədədə yaşaya bilir və çoxalaraq mədədə xroniki iltihab yaradır. Bundan əlavə mikrob mədənin divarlarını yararaq xora xəstəliyi törədir. Məhz bu sabəbdən qastrit və xora xəstəliyindən əziyyət çəkən bütün insanlar bu mikroba analiz etməlidirlər.

Xora xəstəliyinin baş vermə riskini, yəni onunla xəstələnmə ehtimalını artıran faktorlar yaxşı məlumdur:

- irsi meylliliyin olması;

- qan qrupunun 0(I) olması;

- “operator” fəaliyyəti ilə məşğul olmaq. Bu zaman insanlar vaxt çatışmazlığı (az vaxt ərzində) şəraitində tez bir zamanda qərar qəbul etməli olurlar (məsələn, (aviodispetçerlər, iri şirkətlərin menecerləri, birjalarda çalışan brokerlər və s.);

- alkoqollu içkilərin qəbul edilməsi;

- siqaret çəkilməsi;

- tez-tez baş verən, həmçinin uzun müddət ərzində davam edən steslər;

- sadə gigiyena qaydalarına riayət etməməsi və s.

Xora xəstəliyinin əsas əlaməti qarınüstü (epiqastral) nahiyədə olan ağrılardır. Ağrı əsasən qida qəbulu ilə əlaqəli olaraq orta və yüngül dərəcəli xarakterdə olur. Ağrıların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar hər bir konkret xəstədə qida qəbulundan sonra təxminən eyni vaxtda baş verir. Xora xəstəliyi üçün xarakter əlamətlərdən biri də ağrıların “ac qarına” olmasıdır.

Xora xəstəliyi olan insanlarda qıcqırma, turş tamlı gəyirmə, ağrılarıların ən yüksək həddə çatdığı zaman baş verən qusma (bundan sonra xəstənin vəziyyəti adətən yüngülləşir) kimi əlamətlər və əksər hallarda qəbizlik də qeyd edilir.
Mədə xorası xəstəliyinin aşağıdakı ağır fəsadları ola bilər:

- Xora deşilərək qarın boşluğuna açıla bilər ki, nəticədə orada kəskin iltihab prosesi (peritonit) başlaya bilər;

- Mədə çıxacağında yerləşən xoralar sağaldıqdan sonra orada çapıqlar əmələ gəlir. Bu çapıqlar həmin sahənin daralmasına səbəb ola bilər;

- Xora sahəsindəki damarların tamlığının pozulması nəticəsində ağır qanaxmalar baş verə bilər;

- Mədə xorası gələcəkdə şiş xəstəliyinə də “çevrilə” bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri