Mədə və on iki barmaq bağırsağı xorası xəstəliyinin diaqnostikası | Icma.az
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu xəstəliyinin diaqnostikasında müxtəlif üsullardan istifadə olunur.
Xəstə üçün ən rahat metod mədə və on iki bağırsağın rentgenoloji müayinəsidir.
Bu müayinə zamanı xəstə barium sulfatı məhlulunu içir və daha sonra həkim-rentgenoloq mədə və on iki bağırsağın boşluğunu rentgen apparatı vasitəsilə müayinə edir.
Təcrübəli rentgenoloqlar yaxşı avadanlıqda selikli qişasının hər büküşünü "görür".
Lakin bəzən kiçik və residivləşən xoraları bu müayinə zamanı aşkar etmək mümkün olmur.
Bu müayinənə zamanı, o cümlədən, xora nəticəsində mədənin fəaliyyətində olan pozulmaları da təyin etmək mümkündür.
Belə ki, bəzən mədə xorası xəstəliyi zamanı mədədə daralma baş verir ki, qida mədədən bağırsaqlara gec düşür. Buna "xora stenozu" deyilir.
Tam oxu
Xəbəri oxu