Icma.az
close
up
RU
Mədə və on iki barmaq bağırsağı xorası xəstəliyinin diaqnostikası

Mədə və on iki barmaq bağırsağı xorası xəstəliyinin diaqnostikası

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu xəstəliyinin diaqnostikasında müxtəlif üsullardan istifadə olunur.

Xəstə üçün ən rahat metod mədə və on iki bağırsağın rentgenoloji müayinəsidir. Bu müayinə zamanı xəstə barium sulfatı məhlulunu içir və daha sonra həkim-rentgenoloq mədə və on iki bağırsağın boşluğunu rentgen apparatı vasitəsilə müayinə edir. Təcrübəli rentgenoloqlar yaxşı avadanlıqda selikli qişasının hər büküşünü "görür". Lakin bəzən kiçik və residivləşən xoraları bu müayinə zamanı aşkar etmək mümkün olmur.

Bu müayinənə zamanı, o cümlədən, xora nəticəsində mədənin fəaliyyətində olan pozulmaları da təyin etmək mümkündür. Belə ki, bəzən mədə xorası xəstəliyi zamanı mədədə daralma baş verir ki, qida mədədən bağırsaqlara gec düşür. Buna "xora stenozu" deyilir. Bu patologiya bir çox hallarda cərrahiyyə üsulu ilə müalicə olunur.

Rentgenoloji müayinə zamanı həmçinin mədənin sallanmasını təyin etmək mümkündür.

Mədə xərçənginə şübhə yarandıqda da bu müayinə üsulundan istifadə oluna bilər.

Rentgenoloji müayinə adətən səhər saatlarında həyata keçirilir. Müayinə günü qida və maye qəbul etmək, siqaret çəkmək, dərman qəbul etmək olmaz. Müayinədən 12 saat əvvəl qida qəbul etmək olmaz. Əvvəlki günün şam yeməyi da çox yüngül olmalıdır (məsələn, yoqurt və ya bir qədər sıyıq).

Endoskopik müayinə (fibroqastroduodenoskopiya - FQS) daha dəqiq məlumat verir. Lakin müayinə xəstə üçün (rentgenoloji müayinə ilə müqayisədə) kifayət qədər narahatdır. Xəstənin istəyi ilə müayinə zamanı narkozdan istifadə oluna bilər. Xəstə xüsusi dərmanların köməyi ilə yuxuya gedir, müayinə qurtardıqdan sonra oyanır və heç bir narahatçılıq hiss etmir.

Müayinə zamanı xəstənin ağız boşluğundan daxil olmaqla qida borusuna, daha sonra mədəsinə və 12 barmaq bağırsağına xüsusi optik cihaz daxil edilir. Bu müayinə zamanı həkim videokamera vasitəsi ilə mədənin və on iki barmaq bağırsağın boşluğunu aydın görür, xoranın yerləşməsini, dərinliyini, fəsadlarını giymətləndirə bilir. Müayinədən sonra xəstəyə dəqiq və ətraflı rəy və diskə yazılmış müayinənin bideoçəkilişi verilir.

Bu müayinə xərçəngə görə aparılan müayinə zamanı əvəzsizdir.

Endoskopiya zamanı biopsiyanı da (toxumanın kiçik hissəsinin laborator müayinə üçün alınması) etmək mümkündür.

Xora xəstəliyi diaqnozu təsdiq olunduqda mədə şirəsinin xüsusiyyətləri müayinə olunmalıdır. Bunun üçün mədəyə zond salınır və bu zondun köməyi ilə mədənin möhtəviyyatı alınır. Daha sonra mədə şirəsi müayinə edilir. Bu xəstəyə müalicənin təyin edilməsi üçün çox vacibdir.

Endoskopik müayinə günün birinci yarısında acqarına həyata keçirilir. Müayinədən əvvəl maye qəbul etmək və siqaret çəkmək olmaz.

Hal hazırda yeni endoskopik metodu - kapsul endoskopiyası hazırlanıb. Bu müayinə zamanı kapsula salınmış çox kiçik endoskop istifadə olunur. Xəstə bu kapsulu udur və daha sonra bu kapsul 12 saat ərzində xəstənin mədə-bağırsaq sistemində "səyahət edir" və təbii yolu ilə çölə çıxır. Kapsul yalnız 1 dəfə isifadə oluna bilər.

Xəstənin mədə-bağırsağında hərəkət edən kapsul görüntüləri xəstənin belinə bərkidilmiş xüsusi qurğuya göndərir və qurğu bu görüntüləri yaddaşına yazır.

Bütün prosedur tam ağrısızdır və təhlükəsizdir. İnsan müayinə zamanı adi işləri ilə məşğul ola bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri