Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əziz Ələkbərli: “Tarixi torpaqlarımıza qayıdış beynəlxalq hüquqa söykənir, Ermənistan məcburdur”Ermənistan 610 kənddə Azərbaycan izlərini silməyə çalışıb"Tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq hüquqa söykənir".
Bunu Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans zamanı bildirib.
İcma rəhbəri deyib ki, bütün danışıq apardığımız xarici ekspertlər İcmanın haqlı olduğunu etiraf edirlər.
Onun sözlərinə görə, QAİ-nin irəli sürdüyü bu haqq işini müdafiə etməmək mümkün deyil: "Çünki QAİ-nin qayıdış konsepsiyasını qəbul edəndə də xüsusilə göstərmişik ki, bizim tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq və ölkədaxili hüquqa söykənir.
Öz fəaliyyətimizdə də buna ciddi şəkildə əməl edirik. Elə bu səbəbdən Ermənistan tərəfi bizim haqq işimizi yerinə yetirməyə məcbur və məhkum
Qərbi Azərbaycan İcmasının daimi əlaqə cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi çağırışlarımıza hələ də cavab verməyib.
Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət daim diqqət mərkəzindədir.