Icma.az
close
up
RU
Mədəni irsin bərpası insan haqlarıdır RƏYLƏR

Mədəni irsin bərpası insan haqlarıdır RƏYLƏR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Əziz Ələkbərli: “Tarixi torpaqlarımıza qayıdış beynəlxalq hüquqa söykənir, Ermənistan məcburdur”

Ermənistan 610 kənddə Azərbaycan izlərini silməyə çalışıb

"Tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq hüquqa söykənir".

Bunu Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans zamanı bildirib.

İcma rəhbəri deyib ki, bütün danışıq apardığımız xarici ekspertlər İcmanın haqlı olduğunu etiraf edirlər. Onun sözlərinə görə, QAİ-nin irəli sürdüyü bu haqq işini müdafiə etməmək mümkün deyil:

"Çünki QAİ-nin qayıdış konsepsiyasını qəbul edəndə də xüsusilə göstərmişik ki, bizim tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq və ölkədaxili hüquqa söykənir. Öz fəaliyyətimizdə də buna ciddi şəkildə əməl edirik. Elə bu səbəbdən Ermənistan tərəfi bizim haqq işimizi yerinə yetirməyə məcbur və məhkumdurlar".

"Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir"

Əziz Ələkbərlinin sözlərinə görə, Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir: "Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələri üçün beynəlxalq təşkilatlar və xarici ölkələrlə daim əlaqələr yaradılır. Qərbi Azərbaycan İcmasının daimi əlaqə cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi çağırışlarımıza hələ də cavab verməyib. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət daim diqqət mərkəzindədir. Müraciətlərimiz BMT-nin ali orqanlarının - Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi də yayılıb".

"Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir"

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan arasında sülhün əsas şərtlərindəndir. Onun sözlərinə görə, beynəlxalq hüquq hər bir insanın öz yurduna qayıdış haqqını özündə ehtiva edir:

"Bu mənada Ermənistandan zorla çıxarılan azərbaycanlıların qayıdışının təmin olunması onların təməl hüququdur. Yüz illər ərzində azərbaycanlılara məxsus həmin ərazilərdəki tarixi və mədəni abidələr məhv edilib. Azərbaycanın aşıq və xalçaçılıq sənəti tamamilə yox edilib. Bu isə xalqın mənəvi bağlarına ciddi ziyan vurur". Türkiyəli deputat bildirib ki, beynəlxalq hüquq mədəni mirasın qorunmasını insan haqlarının bir parçası olaraq tanıyır: "Müharibələrdən sonrakı sülh həm də mədəni-tarixi abidələrə göstərilən hörmətlə mümkündür. Bu səbəblə Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan arasında sülhün əsas şərtlərindəndir. Ermənistan 30 il ərzində işğal etdiyi əraziləri də darmadağın etmişdi. Azərbaycan isə bu gün Qarabağda yeni yollar, hava limanları, evlər inşa edir. Çünki bu torpaq Azərbaycan torpağıdır".

"Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması beynəlxalq səpkidə də qiymətləndirilməlidir"

Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid bildirib ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması beynəlxalq səpkidə də qiymətləndirilməlidir:

"Mənim Qarabağa bir neçə dəfə səfərim baş tutub. İşğalın Qarabağa vurduğu zərər hər yerdə hiss edilirdi. Bununla yanaşı torpaqların minalanması hələ də insanlar üçün təhlükə daşıyır. Amma indi tarixi məhəllələr bərpa olunur, icmalar öz torpaq sahələrinə yenidən qovuşur, ağıllı kəndlər, xəstəxana və məktəblər inşa edilir. Ən dəhşətlisi isə budur ki, mədəni irs, tarixi abidələr də dağıdılıb. Lakin Azərbaycanın mədəni irsini yox etmək, görməzdən gəlmək mümkün deyil. Çünki onun kökü və təməli çox qədim, eləcə də sağlamdır".

"Azərbaycanlılar hüquqi, təhlükəsiz, sülh şəklində öz doğma yurduna qayıtmalıdırlar"

Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələrinin mədəni irsin bərpasına da töhfə verəcəyini qeyd edib: "Azərbaycanlılar hüquqi, təhlükəsiz, sülh şəklində öz doğma yurduna qayıtmalıdır. Bundan sonra mədəni irsin bərpası baş verməlidir. Çünki bir irsin bərpası asan məsələ deyil. Bunun başlanğıcı dinclik və sülhdən keçir. Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi beynəlxalq səpkidə də qiymətləndirilməlidir". İƏT İndoneziya Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita deyib ki, mədəni irsin geri qaytarılması təkcə keçmişi bərpa etmək deyil, barışığa, davamlılığa və uzunmüddətli sülhə aparan yoldur: "Bu yolda Qərbi azərbaycanlılar beynəlxalq təcrübələrdən də yararlana bilərlər. Qərbi azərbaycanlılara bəzi hüquqi zəmanətlər verilməlidir. Bura dağıdılmış məkanların, memarlıq abidələrinin bərpası aiddir. Əmin olmalıyıq ki, bərpa işlərində lazımi xəritələşmə işləri düzgün aparılır və düzgün ekspertlər bu işə cəlb edilib. İnsanların orada rahat və sülh şəklində yaşaya biləcəklərinə zəmanət verilməlidir".

"Hazırkı Ermənistan ərazisinin 610 kəndində Azərbaycan əhalisi yaşayıb"

İordaniya Haşimi Universitetinin Queen Rania adına Turizm və irs fakültəsinin professoru Vahib Ali Hussein qeyd edib ki, istər Sovet zamanı, istərsə də sonrakı dövrdə Azərbaycana məxsus yer adlarının, mədəni irsinin dəyişdirilməsinə cəhd edilib: "Hazırkı Ermənistan ərazisinin 610 kəndində Azərbaycan əhalisi yaşayıb. Ermənilər sonradan bu kəndlərin adını dəyişib. Bu da o deməkdir ki, o kəndlərdə olan mədəni irs də Ermənistan tərəfindən mənimsənilib. Həmin ərazilərdə azərbaycanlıların izlərini unutdurmağa çalışıblar".

"Azərbaycanın milli-mədəni irsinin bərpasını tələb etməsi beynəlxalq hüquqa tam uyğundur"

Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun professoru və Harvard Universitetində uzunmüddətli dəvət olunmuş tədqiqatçı Dr. Nadia Boyadjieva deyib ki, Azərbaycanın milli-mədəni irsinin bərpa və qorunmasını tələb etməsi beynəlxalq hüquqa tam uyğundur. O bildirib ki, insan hüquqları sırasında mədəni irs hüququ da yer alır: "Bir çox beynəlxalq məhkəmələr qəbul etdikləri qərarlarda mədəni irs hüquqlarını qoruyur. Azərbaycanın milli-mədəni irsinin bərpa və qorunmasını tələb etmək də beynəlxalq hüquqa tam uyğundur. Çünki keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bu irs dağıdılıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri