Mədəniyyət komitəsindən fəxri adların verilməməsinə ETİRAZ | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb.
Sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.
Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, "Xalq artisti" adları sonuncu dəfə 2022-ci ildə, "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" adları 2018-ci ildə verilib.
Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb.
Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.
Modern.az mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı ilə həmsöhbət olub.
Tam oxu
Xəbəri oxu