Icma.az
close
up
RU
Mədəniyyət komitəsindən fəxri adların verilməməsinə ETİRAZ

Mədəniyyət komitəsindən fəxri adların verilməməsinə ETİRAZ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb. Sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.

Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, "Xalq artisti" adları sonuncu dəfə 2022-ci ildə, "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" adları 2018-ci ildə verilib.

Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı ilə həmsöhbət olub. O qeyd edib ki, sənət adamlarının mükafatlandırılmalıdır:

“Mən belə adların verilməməsinin əleyhinəyəm. Bəziləri deyir ki, bu sovet dönəmindən qalan ənənədir. Biz o dönəmi yaşamışıq, orada bu cür adlar sənətçiləri ələ almaq üçün deyil, göstərilən diqqətin yüksəkliyini göstərirdi.

Mədəniyyət işçiləri, sənət adamları, yazıçılar, şairlər yaradıcı şəxslərdir, əlbəttə, onları xalq sevir, amma onlara fəxri adların verilməsi mədəniyyət işçilərinə göstərilən mənəvi dəyərdir, onun xidmətinə, qələminə olan sayğıdır. Bunun kimə nə zərəri ola bilər?! Layiq olana dəyərini göstərmək lazımdır. Niyə xalqı üçün gözünün nurunu, yuxusuz gecələrini qurban verən bir yazıçıya dəyər verilməsin? Mən də yazıçı ailəsindən olduğum üçün Sabir müəllimin bu milətin tarixi, ədəbiyyatı ilə bağlı ideoloji savaşının yaxından şahidi olmuşam - onun gecələr şirin yuxusuna haram qatıb yatmadan romanlar, kitablar, şeirlər yazdığını görmüşəm. Onun qarşılığında verilən fəxri adın hansı ziyanı ola bilər ki?  Bu yazıçıya, şairə, sənət adamına verilən mənəvi dəyərdir, dövlət bununla demək istəyir ki, mən sənin xidmətini gördüm, buna sayğı duyuram. Burada əsas problem layiq olmayan adamlara verilən fəxri adlardır. O adlar xalqın milli şüurunun oyanmasında, xalqın müstəqilliyinin qazanmasında xidməti olan şair, yazıçıya da verilsin, bir də iki- üç uydurma yazılar yazan, oradan-buradan götürüb 5-10 kitab müəllifinə də. İkincilərə bu adların verilməsi haqsızlıqdır. Fəxri adların təqdimatını verən qurumlar – Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Naziliyi bu məsələdə diqqətli olmalıdır".
 

Milli Məclisin Mədəniyyət komitəsinin digər üzvü Aqill Abbas da həmkarı ilə eyni fikirləri bölüşüb:
“Dünyanın müxtəlif yerlərində bu cür adlar və mükafatı var. ABŞ-də “Oskar” mükafatı, Türkiyədə mədəniyyət işçilərinə “Dövlət sənətçisi” adı verilir. Bunun sənətçiləri əldə saxlamaq kimi bir məqsədi yoxdur. İfaçı, rəssam, yazıçı niyə dövlət adı almamlıdır ki? Əksinə, dövlət onların fəaliyyətinə diqqət ayıraraq onları həvəsləndirməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri