Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qırğızıstan Milli Tarix Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında ikitərəfli görüş keçirilib.
Bildirək ki, nazir Adil Kərimli Bişkekdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Qırğızıstana səfər edib.
Azərbaycanlı həmkarını səmimi salamlayan Mirbek Mambataliyev iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib.
O, ötən ilin aprel ayında Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Nazir Adil Kərimli çıxışında Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Bişkekə gəlmiş nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qırğız həmkarına təşəkkür edib.
Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr uğurla inkişaf edir.
Dövlət başçılarımızın səmimi dostluq münasibətləri, son illərdə intensiv xarakter alan qarşılıqlı rəsmi səfərlər mədəni əməkdaşlıq üçün də geniş perspektivlər açır.
Tam oxu
Xəbəri oxu