Icma.az
close
up
RU
Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qırğızıstan Milli Tarix Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında ikitərəfli görüş keçirilib.

Bildirək ki, nazir Adil Kərimli Bişkekdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Qırğızıstana səfər edib.

Azərbaycanlı həmkarını səmimi salamlayan Mirbek Mambataliyev iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, ötən ilin aprel ayında Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Nazir Adil Kərimli çıxışında Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Bişkekə gəlmiş nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qırğız həmkarına təşəkkür edib.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarımızın səmimi dostluq münasibətləri, son illərdə intensiv xarakter alan qarşılıqlı rəsmi səfərlər mədəni əməkdaşlıq üçün də geniş perspektivlər açır. Adil Kərimli ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun işğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etmələrini iki ölkənin dostluq və qardaşlığının daha bir göstəricisi olduğunu deyib. Bildirib ki, inşası davam edən bu təhsil ocağı Qırğızıstan dövlətinin Azərbaycan xalqına çox qiymətli hədiyyəsidir. Qeyd olunub ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələr həm Türk dünyasının əməkdaşlıq təşkilatları - TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası çərçivəsində, həm də ikitərəfli formatda inkişaf edir.

Nazir 2024-cü ildə ölkəmizdə Qırğız Mədəniyyəti Günlərini və bu yaxınlarda Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıda “Dədə Qorqud” tamaşasını nümayiş etdirməsini əhəmiyyətli mədəniyyət hadisələri kimi səciyyələndirib.

Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Azərbaycan tərəfi teatr, kinematoqrafiya, kitabxana və digər sahələr üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Nazir Mirbek Mambataliyev öz növbəsində mədəniyyətin bütün sahələri üzrə əməkdaşlığın inkişafı üçün davamlı səy göstərəcəklərini diqqətə çatdırıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin nazirlər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair 2025 - 2026-cı illər üçün praktiki tədbirlər planını imzalayıblar. Sənəddə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, teatr, kinematoqrafiya və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alıb. İmzalanma mərasimindən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra nazir Adil Kərimli Qırğızıstan Milli Tarix Muzeyi ilə tanış olub. 100 il öncə təsis edilən muzeyin tarixi, ekspozisiya zalları və fondu barədə ətraflı məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri