Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Noyabrın 4-də tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadem
Bu münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
SİA xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir.
Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir.
Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə "Xalq artisti" fəxri adına layiq görülüb, "Şöhrət" ordeni ilə təltif olunub.
Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.
Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin fəxri diplomu təqdim edilib.